525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Ehtimal etmək mümkündür ki, məsələn, İT profilli ixtisasların keçid balları bu il də arta bilər. Bunu yalnız əmək bazarının tələb-təklif mexanizmi və getdikcə artan maraq rakursundan demək olar, başqa nəyəsə görə yox. Hansısa ixtisaslar üzrə keçid ballarının artıb-azalması üçün isə əlimizdə lazım olan dataların heç 10 faizi də yoxdur və indidən olması da mümkün deyil”.
Təhsil eksperti Elmin Nuri bunu 525.az-a deyib. O bildirib ki, hansısa ixtisaslar üzrə keçid ballarının artıb-azalması üçün buraxılış imtahanlarının nəticələrini və onun ümumi gedişata təsirini, hər iki cəhd blok imtahanlarının nəticələrini, ixtisaslar üzrə ayrılan plan yerlərinin sayını, həmin plan yerlərində "dövlət sifarişli" üçün ayrılan payı bilməliyik. Eyni zamanda ixtisas seçiminə buraxılacaq abituriyentlərin sayı, ixtisas seçimində hər hansı x ixtisasa olan müraciət sayı barədə əlimizdə dəqiq məlumatlar olmalıdır. Bu isə yalnız sonrakı etapda qismən mümkündür:
“Yaxşı, bəs elədirsə, əlimizdə bu 6 ardıcıllıq üzrə datalar yoxdursa, biz "keçid balı artdı, ya azaldı"nı tam dəqiqliyi ilə necə deyə bilərik ki? Təbii ki, hazırda bu mümkün deyil. Ona görə də öncədən hansısa ixtisaslar üzrə keçid ballarının artıb-azalması barədə indidən fikir yürütmək doru deyil”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.