525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Ötən həftə sonu Hörmüz boğazından 21 yük gəmisi keçib. Bu, İranın ABŞ və İsrailin ölkəyə hücumlarına cavab olaraq boğazı faktiki olaraq bağladığı mart ayının əvvəlindən bəri rekord iki günlük trafik həcmidir”.
525.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Lakin bu, münaqişədən əvvəl, gündə orta hesabla 135 gəminin keçdiyi vaxtdan xeyli azdır. Gəmilərdən 13-ü Fars körfəzindən Ərəbistan dənizinə, qalan səkkizi isə əks istiqamətdə hərəkət edib. Gəmilərin əksəriyyəti İrana məxsus olub, müşahidəçilər bir İraq tankerini də qeydə alıblar”, - məlumatda deyilir.
Bununla yanaşı, İran səkkiz Hindistan LNG tankerinin boğazdan keçməsinə icazə verib. Keçid icazəsi verilən gəmilərin siyahısına Yaponiya, Çin, Türkiyə, Yunanıstan və Tayland gəmiləri də daxildir.
İran Hörmüz boğazından keçən gəmilər üçün xüsusi rüsumlar tətbiq etməyi planlaşdırır.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.