AZ

Pakistanın 12 günlük neft ehtiyyatı qalıb

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pakistanın 12 günlük neft ehtiyyatı qalıb.Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu barədə Pakistanın Maliyyə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, ölkənin neft ehtiyatları 12 günə çatacaq.Nazirlik həmçinin neft emalı zavodlarının optimal səviyyədə işlədiyini və benzin, dizel yanacağı və xam neftin ümumi tədarükünün sabit qaldığını qeyd edib.Qeyd edək ki, martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars körfəzindən enerji təchizatında yaranan fasilələr səbəbindən sərt yanacaq qənaəti tədbirləri tətbiq etdi. Martın 18-də ölkə daxilində məktəblər bağlanıb və ali təhsil müəssisələri onlayn təhsilə keçib. Dövlət nəqliyyat vasitələrinə yanacaq təchizatı 50%, avtomobil parkından istifadə isə 60% azaldılıb. Enerjiyə qənaət etmək üçün bütün dövlət işçilərinin yarısı məsafədən işə və bütün dövlət qurumları dörd günlük iş həftəsinə keçirilib.Anar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
newscenter.az

2Mənbələr