AZ

Gəncədə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib

Gəncədə yeniyetmə cüdoçular üçün beynəlxalq təlim-məşq toplanışına start verilib.

Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən hazırlıq prosesinə 8 ölkədən 200-ə yaxın idmançı qatılıb.

Təlim düşərgəsində Azərbaycan millisi ilə yanaşı, Belarus, Bolqarıstan, Qazaxıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ nümayəndələri də iştirak edir.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə, Orxan Səfərov və Kotaro Sasaki, eləcə də yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçilər Əmrah Əhmədov və Tərlan Kərimov rəhbərlik edirlər.

Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən təlim-məşq toplanışı aprelin 8-də başa çatacaq.

Gəncədə daha bir kəmər imtahanı təşkil edilib

Gəncədə kəmər dərəcələri üzrə imtahan keçirilib - FOTO

Avropa Kubokunda 11 ölkə iştirak edəcək

Cüdoçumuz Avropa Kubokunun qalibi olub

Gəncədə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Seçilən
20
5
apasport.az

6Mənbələr