AZ

Atəşkəsi rədd edən İran ABŞ-dən bunu tələb etdi

İran ABŞ-nin atəşkəs təklifini rədd edib.Metbuat.az xəbər verir ki, İran müharibənin yekunlaşmasını təmin edəcək razılaşma tələb edib. IRNA agentliyinin məlumatına görə, Tehran ölkənin maraqları nəzərə alınmaqla yekun saziş imzalamaqda maraqlıdır. Bildirilir ki, ölkənin təklifi vasitəçi kimi çıxış edən Pakistana təqdim edilib. İranın 10 maddədən ibarət cavab təklifi təqdim etdiyi irəli sürülüb.

İddialara görə, şərtlər regionda müharibənin dayandırılmasını, Hörmüz boğazında təhlükəsiz keçidin təmin edilməsini, İranda infrastrukturun bərpasını və sanksiyaların ləğvini nəzərdə tutur.

Seçilən
25
metbuat.az

1Mənbələr