AZ

İşverənsən? sualına görə marketdə dava düşdü

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Sabunçu rayonunda marketlər şəbəkəsinin birində satıcı-kassirlə müştəri arasında mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsində marketlər şəbəkəsinin marketindən birində baş verib. Ucar rayon sakini, 2002-ci il təvəllüdlü Taleh satıcı işlədiyi marketin içərisində və qarşısında oraya gəlmiş Daşqınla (adlar şərtidir – red.) mübahisə edib. Mübahisə edəreək yumruqla və təpiklə ona zərbələr yetirib. Talehin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə vaxtına kimi 10 ay ərzində marketdə satıcı-kassir vəzifəsində çalışıb:“2024-cü ilin dekabrın 21-də, gecəyarısı tanımadığım bir müştərinin spirtli içkinin təsiri altında gələrək siqaret aldı. Ancaq sonrada həmin gün saat 00:40-da həmin şəxs yenidən gələrək ona siqaret vermədiyimi bildirdi və məni təhqir etdi. Mən də müşahidə videokamerasına baxdım və siqareti həmin şəxsə verdiyimi gördüm. Ona “işverənsən? məni şərləyirsən?” deyə suallar verdim. Bu zaman həmin şəxs ünvanıma nalayiq ifadələr işlətdi və aramızda mübahisə yarandı. Mübahisə zamanı onu yumruqla vurdum, təpiklə vurmadım. Həmin vaxt ətrafda kimin olduğunu xatırlamamışam, gecə olduğuna görə mağazada müştəri olmayıb”.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Taleh aylıq qazancından 5 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
demokrat.az

1Mənbələr