AZ

Xanlar Mehdiyev: “Lənkəran şəhərinin sahilyanı ərazisindən götürülmüş su nümunələrinin analizləri ilə bağlı monitorinqlər davam edir”

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son günlər Lənkəran rayonunun “Kiçik bazar” istiqamətində, Xəzər dənizi sahilində neft qalıqlarının aşkar olunduğu bildirilir. Bu barədə məlumatı AZƏRTAC İnformasiya Agentliyi paylaşıb. Onsuz da ekoloji baxımdan həssas olan Xəzər dənizi üçün bu cür çirklənmə halları ciddi risk deməkdir. Xüsusilə, yarı-qapalı su hövzəsi olması səbəbilə burada baş verən hər hansı çirklənmə uzun müddət sistemdə qalaraq ekosistemə təsir göstərə bilir. Ötən ay müşahidə olunan kütləvi quş ölümləri də bir daha göstərdi ki, Xəzərin ekoloji tarazlığı olduqca həssasdır və istənilən çirklənmə və ya xəstəlik geniş fəsadlara səbəb ola bilər. Ekosistemin bu qədər həssas olduğu şəraitdə hər yeni çirklənmə hadisəsi yalnız lokal problem deyil, bu, bütövlükdə biomüxtəlifliyə və sahilyanı icmalara təsir edən məsələdir.Çirklənmənin su resurslarına yayılmasının qarşısının alınması üçün hansı tədbirlər həyata keçirilir?

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dəniz mühitinin keyfiyyətinə mənfi təsir göstərə biləcək hər hansı çirkləndirici maddə aşkar edilməyib: “Lənkəran şəhərinin sahilyanı ərazisindən götürülmüş su nümunələrinin analiz nəticələrinə əsasən, suda dəniz mühitinin keyfiyyətinə mənfi təsir göstərə biləcək hər hansı çirkləndirici maddə aşkar edilməyib.

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən illik plan-qrafikə uyğun olaraq respublikanın daxili suları, transsərhəd axınlar və yeraltı sularla yanaşı, Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində sahilboyu çimərliklər üzrə mütəmadi monitorinqlər aparılır. Aparılan müşahidələr göstərir ki, bu günədək Xəzər dənizinin çimərlik sularında ciddi kənaraçıxmalar və çirklənmə halları qeydə alınmayıb. Hazırda monitorinqlər davam etdirilir”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
bizimyol.info

1Mənbələr