14 yaşlı Afan Çizimiç Bosniya və Herseqovina DÇ-2026-nın final mərhələsinə vəsiqə qazandıqdan sonra vətənində ulduza çevrilib.
Publika.az xəbər verir ki, yeniyetmə İtaliya ilə oyundakı hərəkətinə görə mükafatlandırılıb. Bu barədə “Kari Sports” məlumat yayıb.
Oğlan penalti seriyasından əvvəl Canluici Donnarummanın qeydlərini oğurlamışıd. O, qapıçısının taktika vərəqini qapı xəttindən uzaqda, dəsmalının yanında gizlətdiyini görüb.
İtalyan oyunçu diqqətini yayındırarkən, oğlan onun vərəqlərini oğurlayıb. Həmin vərəqlərdə bosniyalı futbolçuların hansı bucaqlardan zərbə endirdikləri barədə konkret məlumatlar olub.