AZ

İnsan beyni zamanı necə qavrayır?

Alimlər beynimizin zaman hissini necə yaratdığını araşdırıblar. Beynimiz zamanı bir anda deyil, bir neçə mərhələdə emal edir. 

Başlanğıc mərhələdə gözlə gördüyümüz məlumat arxa beyin bölgəsində işlənir. Burada stimullar nə qədər uzun olarsa, sinirlər bir o qədər çox aktiv olur. Orta mərhələdə beynin yan və hərəkət bölgələrində sinirlər müəyyən müddətlərə fokuslanır və zaman hissimizi “oxumağa” kömək edir. Son mərhələdə isə beynin ön bölgəsi bu məlumatı subyektiv olaraq qiymətləndirir, yəni biz zamanın necə keçdiyini hiss edirik.

Tədqiqat göstərir ki, zaman hissi beyin boyunca paylanmış bir prosesdir. Bu, həm də niyə bəzən zamanın sürətli və ya yavaş keçdiyini başa düşməyimizə izah verir. Beynimiz gördüklərimizlə yanaşı, zamanın necə keçdiyini də incə bir şəkildə hesablayır.

Qeyd edək ki, tədqiqat “PLOS Biology” jurnalında dərc edilib.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr