Oxu.az saytına istinadən ain.az xəbər verir.
Misli Premyer Liqasının XXVI turunda "Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib.
Oxu.Az xəbər verir ki, günün yeganə matçı Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə bitib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda qolları Leandro Andrade (23, 64), Kamilo Duran (31, 45, 48), Dani Bolt (40) və Abdullah Zubir (43) vurublar.
Çempionluq iddiasını davam etdirən Ağdam klubu 55 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.
09:52
Misli Premyer Liqasında bu gün XXVI turun daha bir oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün tək matçında "Qarabağ" səfərdə "Karvan-Yevlax" ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.
Qeyd edək ki, Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar isə 8 xalla sonuncu - 12-ci sırada yer alıb.
6 aprel
19:00, "Qarabağ" - "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Emin Əliyev
AVAR: Tural Qurbanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
Tofiq Bəhramov adına Respublika Stadionu
Xatırladaq ki, ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib. Tura sabah yekun vurulacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.