AZ

Rusiya taktikanı dəyişdi: Ukraynanın HHM-i 24 saatlıq hücumlarla tükədilir

Britaniyanın The Times nəşri Rusiyanın Ukraynaya qarşı hava hücumlarında yeni mərhələyə keçdiyini yazır.

Musavat.com xəbər verir ki, artıq bəzi hücumlar 24 saata qədər uzanır və bu əməliyyatlara yüzlərlə, hətta 1000-ə yaxın dron cəlb olunur.

Məlumata görə, zərbələr yalnız gecə saatlarında deyil, gündüz də həyata keçirilir. Ukraynalı hərbçilər bildirirlər ki, bu strategiyanın əsas məqsədi təkcə obyektləri vurmaq deyil, eyni zamanda hava hücumundan müdafiə sistemlərini sistemli şəkildə tükəndirməkdir.

Nəşr qeyd edir ki, hücumlarda “Şahed” tipli zərbə dronları ilə yanaşı, “Gerbera” kimi imitasiyaedici pilotsuz aparatların istifadəsi genişlənib. Bu saxta hədəflər HHM sistemlərini yükləyir, müdafiə resurslarının daha sürətli tükənməsinə səbəb olur və nəticədə daha bahalı raketlər üçün imkan yaradır.

Bu taktika Ukraynanın mobil HHM qruplarını da ciddi şəkildə yorur və müdafiə qabiliyyətinə uzunmüddətli təzyiq göstərir.

Eyni zamanda, Yaxın Şərqdə artan gərginlik vəziyyəti daha da mürəkkəbləşdirir. ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə resurslarının bir hissəsini başqa istiqamətlərə yönəltməsi Ukrayna üçün raket çatışmazlığı riskini artırır.

Musavat.com

Seçilən
46
19
musavat.com

10Mənbələr