AZ

“Xadiminin öldürülməsi İran ordusunun sabitliyini pozmayacaq” − Xamenei

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri Məcid Xadiminin öldürülməsi İslam Respublikasının silahlı qüvvələrini qeyri-sabitləşdirməyəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Ali Lideri Müctəba Xamenei Telegram kanalında məlumat yayıb.

“İran İslam Respublikasında və silahlı qüvvələrdə döyüşçülərin sarsılmaz sıraları o qədər güclü və birdir ki, terror və cinayətlər onların cihadçı ideallarını sarsıda bilməyəcək”, - Xamenei deyib.

O, həmçinin SEPAH kəşfiyyat rəisinin ailəsinə və həmkarlarına başsağlığı verib.

Qeyd edək ki, Xademi aprelın 6-sı ABŞ-İsrail hava hücumunda öldürülüb. Ötən il iyunun 19-da o, 2025-ci ilin yayında 12 günlük müharibə zamanı İsrail hava hücumunda həlak olan Məhəmməd Kaziminin yerinə SEPAH kəşfiyyat rəisi təyin edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
yeniavaz.com

1Mənbələr