AZ

Qurban Qurbanov: Hakimlər sanki təzyiq altındadırlar

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qurban Qurbanov Misli Premyer Liqasında müzakirələrə səbəb olan hakim qərarları haqqında danışıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə Misli Premyer Liqasının 26-cı turunda keçirilən "Qarabağ" - "Karvan-Yevlax" oyunundan sonra açıqlama verib.

Baş məşqçi bildirib ki, sanki Azərbaycanda hakimlər üçün konkret standart yoxdur:

"Bəzi oyunlarda hakimlərin verdikləri qərar sual doğurur. Bir oyunda verilən qərarla, digər oyunda oxşar epizod barədə verilən qərar üst-üstə düşmür. Mənim fikrimcə, Azərbaycanda hakimlərin qərarları barədə konkret standart müəyyən edilməlidir. Bilmirəm tələb çoxdur, yoxsa dünya futbolunda yeni qaydalar verilir. Hakimlər bir az tərəddüd içindədirlər. Bir qayda olmalıdır. Futbolun dili birdir, hakimliyin də dili bir olmalıdır. Ola bilər tam formalaşmaq lazımdır. Bizim öz hakimlik məktəbimiz olmalıdır. Avropa nə qədər desə də, bizim də öz dəst-xəttimiz, qanunlarımız olmalıdır. Hakimlər sanki bir az təzyiq altındadırlar. Allah köməkləri olsun. Çünki ən çox müzakirə olunan onlardır, basqı onlardadır. Allah işlərini asanlaşdırsın".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma "Qarabağ"ın 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Murad Nəsimi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
oxu.az

1Mənbələr