Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanı Asiyaya ixrac etdiyi əsas neft növünün qiymətini rekord həddə qaldırıb.
Banco.azxəbər verir ki, Səudiyyə Ərəbistanı İranın Hörmüz boğazını bağlamağa yaxın olması, bunun nəticəsində regional enerji axınlarının məhdudlaşması və münaqişənin nə qədər davam edəcəyi ilə bağlı qeyri-müəyyənliyin bazarları sarsıtması fonunda hərəkətə keçib.
Bloomberg tərəfindən əldə edilən qiymət siyahısına əsasən, dövlətə məxsus neft istehsalçısı Saudi Aramco may ayı satışları üçün əsas məhsulu olan “Arap yüngül xam nefti”nin qiymətini Asiyadakı neft emalı zavodları üçün istinad qiymətinin üzərinə 19,50 dollar əlavə etməklə artıracaq. Bu göstərici “Bloomberg”in keçirdiyi sorğuda treyderlər və emalçıların gözlədiyi hər barel üçün 40 dollarlıq əlavə qiymətdən daha aşağı olub.
Treydərlərin bildirdiyinə görə, bazar gözləntiləri ilə faktiki qiymət arasındakı fərq qismən bazarın dəyişkənliyi ilə bağlıdır. Bundan əlavə, mart ayının son həftəsində Yaxın Şərq mənşəli bəzi neft növlərinin qiymətlərində azalma müşahidə olunub. “Saudi Aramco”nun nefti Bəsrə körfəzində yerləşən Ras Tanura limanından yüklənmək üçün qiymətləndirilir. Lakin hazırda şirkətin bütün ixracı Yanbu limanı vasitəsilə həyata keçirilir. Alıcılar isə adətən bu yükləri qəbul etmək üçün əlavə xərclərlə üzləşirlər.
ABŞ və İsrailin İrana qarşı müharibəsi, eləcə də İranın strateji əhəmiyyətə malik Hörmüz boğazını faktiki olaraq bağlaması və qonşu ölkələrin Bəsrə körfəzindən gələn təchizatının kəsilməsi qlobal enerji bazarlarını ciddi şəkildə sarsıdıb. Brent xam neftinin qiyməti 50 faizdən çox artıb, ABŞ-dan Avropaya və Asiyaya qədər yanacaq qiymətləri isə ən yüksək səviyyələrə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!