AZ

Tramp İranda mülki obyektləri hədəf alacaqlarını bəyan edir Heqset isə güclü zərbə endirəcəklərini

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı hədələyib  Ağ Ev rəhbəri Tehran qarşısında aprelin 7-si, Vaşinqton vaxtı ilə saat 20:00-dək (Bakı vaxtı ilə aprelin 8-i, səhər saat 04:00) "son möhlət" qoyduğunu iddia edib. 

"AzPolitika" xəbər verir ki, Tramp İranın son təkliflərini "ciddi, lakin qeyri-kafi" adlandıraraq, tələblər yerinə yetirilməyəcəyi təqdirdə ölkənin enerji sisteminin tamamilə məhv ediləcəyi ilə hədələyib.

Vaşinqtonda jurnalistlərə açıqlama verən Tramp, İranın Hörmüz boğazını dərhal gəmiçilik üçün açmasını və ABŞ-ın təklif etdiyi "nüvə sövdələşməsi"ni qəbul etməsini tələb edib. O, əks halda İranın mülki infrastrukturuna ağır zərbələr endiriləcəyini vurğulayıb:

 "Onların elektrik stansiyaları, körpüləri olmayacaq – heç nə qalmayacaq. İran bir gecədə məhv edilə bilər. Və o gecə artıq sabahkı gecə ola bilər".

Mülki obyektlərin hədəf alınmasının müharibə cinayəti olması barədə sualdan qəzəblənən Tramp İran hakimiyyətini təhqir edib. 

ABŞ-nin müharibə naziri Pit Heqset çərşənbə axşamı ABŞ-nin İrana hərbi əməliyyatların başlanmasından bəri ən güclü zərbələri endirəcəyini vəd edib.

"Bu gün ABŞ Prezidentinin göstərişi ilə Yaxın Şərqdə əməliyyat başlayandan bəri ən çox hava zərbəsi endiriləcək, sabah isə bu gündən də çox olacaq", - Pentaqon rəhbəri deyib.

Onun sözlərinə görə, ABŞ qoşunları ölkənin maraqlarını qorumaq və qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün istənilən vaxt istənilən yerə getməyə hazırdır.

"Sonra isə İranın seçimi olacaq. Ağılla seçim edin, çünki Prezident (Tramp - red.) zarafat etmir. Biz dəqiq hərəkət edirik. Biz hava məkanına nəzarət edirik, - Heqset vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
50
azpolitika.info

10Mənbələr