Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur".
Oxu.Az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Pasxa tədbirində deyib.
Onun sözlərinə görə, iranlılar "azad olmaq istədikləri üçün bomba səsləri eşitmək istəyirlər".
Tramp, həmçinin İrana qarşı hərbi əməliyyatın davam etdirilməsinə qarşı çıxan amerikalıları axmaq adlandırıb.
"Onlar axmaqdırlar. Çünki bu müharibənin mahiyyəti yalnız bir şeydir: İranın nüvə silahı əldə etməsinə yol vermək olmaz", - deyə o, jurnalistlərin suallarını cavablandırarkən vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.