AZ

“Atalanta” səfərdə qələbə qazandı

İtaliya A Seriyasının 31-ci turunda “Atalanta” və “Leççe” arasında keçirilən matç başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Ettore Jardiniero – Via del Mare” stadionunda baş tutan görüşdə 3:0 hesabı ilə qələbəni Berqamo təmsilçisi qazanıb.

Matçı baş hakim Federiko La Penna (Roma) idarə edib.

Matçın 29-cu dəqiqəsində Corciyo Skalvini hesabı açaraq qonaqları önə keçirib. 59-cu dəqiqədə Nikola Krstoviç fərqi artırıb, 73-cü dəqiqədə isə Ciaqomo Raspadori üçüncü qolu vurub.

Bu nəticədən sonra “Leççe” 27 xalla turnir cədvəlində 18-ci pillədə qərarlaşıb, “Atalanta” isə 53 xalla yeddinci sıradadır.

Seçilən
31
90deqiqe.az

1Mənbələr