AZ

İran mətbuatı: Şirazdakı Neft-Kimya Kompleksinə də hücum edilib

İran mətbuatı: Şirazdakı Neft-Kimya Kompleksinə də hücum edilib

İran mətbuatı ABŞ və İsrailin ölkənin cənubundakı Aseluye neft-kimya müəssisələrindən sonra Şirazdakı Neft-Kimya Kompleksinə də zərbələr endirdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, İranın "Mehr" xəbər agentliyinin Şirazın Mervdeşt rayon icra hakimiyyətinə istinadən yaydığı məlumata görə, hərbi müdaxilə nəticəsində kompleksin kiçik bir hissəsinə yüngül ziyan dəyib.

Bundan əvvəl ABŞ və İsrailin İranın cənubunda yerləşən Aseluye bölgəsindəki "Pars" Xüsusi İqtisadi Zonasına təşkil etdiyi hücumda neft-kimya istehsalı müəssisələrinin zərər gördüyü bildirilmişdi. İranın dövlətə məxsus Milli Neft-Kimya Sənayesi Şirkəti hücumdan sonra obyektlərdə yaranan yanğının tamamilə nəzarət altına alındığını və hər hansı can itkisinin qeydə alınmadığını bəyan edib.

Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Mütəxəssislər dəymiş ziyanın miqyasını qiymətləndirməyə davam edirlər.

Seçilən
21
afn.az

1Mənbələr