AZ

Tramp: ABŞ kürdlərin İranla müharibəyə qarışmasını istəmir

Tramp: ABŞ kürdlərin İranla müharibəyə qarışmasını istəmir

ABŞ prezidenti Donald Tramp kürd birləşmələrinin İrana qarşı aparılan hərbi əməliyyatlara müdaxilə etməməsinin tərəfdarı olduğunu bəyan edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti bu barədə mətbuat konfransında bəyan edib. "Mən onların kənarda qalmasına üstünlük verərdim, çünki onlar özləri ilə bəzi problem və mürəkkəbliklər gətirirlər", — deyə Tramp qeyd edib.

Ağ Ev rəhbəri daha əvvəl "Fox News"a müsahibəsində etiraf etmişdi ki, 2026-cı ilin əvvəlində ABŞ hökuməti kürdlər vasitəsilə İrandakı etirazçılara böyük miqdarda silah göndərməyə çalışıb, lakin kürd birləşmələri həmin silahları özlərinə saxlayıblar.

Prezidentin bu bəyanatı regiondakı müttəfiqlərlə münasibətlər və hərbi strategiyanın gələcək istiqamətləri baxımından mühüm mesaj kimi qiymətləndirilir.

Seçilən
17
afn.az

1Mənbələr