AZ

Biləsuvarda 41 yaşlı qadının meyiti tapılıb

Biləsuvar rayonunda qadın meyiti aşkarlanıb.

Moderator.az xəbər verir ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Xalidə Ağabəy qızı Rüstəmovanın meyiti yaşadığı evin həyətindəki tikilidə aşkar edilib.

Qeyd olunub ki, X.Rüstəmova iki uşaq anası olub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
5
moderator.az

10Mənbələr