AZ

Rusiya Ermənistana mesaj verdi: “177 dolları unutmayın”

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Ermənistan parlamentinin sədri Alen Simonyanın qaz qiymətləri ilə bağlı açıqlamasına sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, o bildirib ki, Rusiyadan alınan təbii qazın mövcud qiyməti Ermənistan iqtisadiyyatı üçün ciddi stimuldur və sabitliyin əsas faktorlarından biri hesab olunur.

Kosaçev xatırladıb ki, Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən son görüşdə Ermənistana min kubmetr qazın 177,5 dollara satıldığı qeyd olunub. Onun sözlərinə görə, Avropa bazarında bu qiymət 600 dollardan yuxarıdır və fərq açıq şəkildə görünür.

Ermənistan tərəfi isə bundan əvvəl bəyan etmişdi ki, qaz qiymətləri artırılarsa, ölkə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlardan çıxmaq məsələsini gündəmə gətirə bilər.

Rusiya senatoru hesab edir ki, erməni siyasətçilər ehtimal xarakterli ssenarilər üzərində spekulyasiya etmək əvəzinə, Moskvanın İrəvana göstərdiyi dəstəyin real miqyasını nəzərə almalıdırlar.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr