Bakı. Trend:
Aprelin 6-da Almaniyada dizelin bir litri 2.487 avroya (4.87manat) yüksələrək indiyədək ən yüksək göstəricini qeydə alıb.
Trend xəbər verir ki, bubarədə Almaniyanın Avtomobil Assosiasiyası (ADAC) məlumatyayıb.
Bildirilir ki, qiymət artımı Yaxın Şərqdə davam edən gərginlik,qlobal neft bazarında bahalaşma və Hörmüz boğazı ətrafındagəmiçilikdə yaranan çətinliklərlə bağlıdır.
Həmçinin qeyd olunur ki, Almaniya hökumətinin gördüyü sontədbirlər də bahalaşmanın qarşısını ala bilməyib. Belə ki, ötənhəftə qəbul edilən və aprelin 1-dən qüvvəyə minən qanuna əsasən,yanacaq qiymətlərinin gün ərzində yalnız bir dəfə artırılmasınaicazə verilir.