AZ

İranda 750 təhsil müəssisəsinə ziyan dəyib




ABŞ və İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlarının başlamasından bəri 750 təhsil müəssisəsinə zərər dəyib.

Newscenter.az Fars Xəbər Agentliyinə istinadən verir ki, bu barədə İranın Təhsil və Təlim Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, zərər görən təhsil müəssisələrinin əksəriyyəti Tehranda yerləşir. Bundan başqa 100-ə yaxın təhsil müəssisəsi isə qismət zədə görüb. Nazirlik hava zərbələri səbəbindən ölkədə dərslərin onlayn rejimdə keçirildiyini bildirib.

Qeyd edək ki, fevralın 28-dən Birləşmiş Ştatlar və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Anar
Seçilən
18
1
newscenter.az

2Mənbələr