Bu ilin yanvar ayında Azərbaycan 5,13 milyon ABŞ dolları dəyərində 8 min 222 ton gübrə (orqanik gübrələrdən başqa) idxal edib.
Bizim.Media-nın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1 % çox, kəmiyyət olaraq – 37 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 2,41 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 31 % az) 5 min 375 ton (-56 %), Türkiyədən 1,33 milyon ABŞ dolları dəyərində (+40 %) 419 ton (+3,5 dəfə), Çindən 684 min ABŞ dolları dəyərində 1 min 201 ton (1 il əvvəl tədarük olmayıb), Polşadan 250 min ABŞ dolları dəyərində 416,5 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstandan 108 min ABŞ dolları dəyərində (+22 dəfə) 380 ton (+16 dəfə) gübrə alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 172 min ton gübrənin 85 %-i Rusiyanın payına düşüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta