AZ

Ermənistan İqtisadiyyat Nazirliyində silahlı İNSİDENT: Yaralanan var

Ermənistan DİN İqtisadiyyat Nazirliyində atəş səsinin təsadüfi olduğunu açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Ermənistanın İqtisadiyyat Nazirliyinin binasında atəş səsi eşidilib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən verilən məlumata görə, atəş özəl mühafizə şirkətinin əməkdaşı tərəfindən ona təhkim olunmuş silahla ehtiyatsızlıq nəticəsində açılıb.

Qeyd edək ki, hadisədən əvvəl yerli mediada binada baş verən atışma nəticəsində bir nəfərin xəstəxanaya yerləşdirilməsi barədə xəbərlər yayılıb.

İlkin məlumatlara görə, Ermənistan İqtisadiyyat Nazirliyinin özəl təhlükəsizlik şirkətinin əməkdaşı növbəsi zamanı təsadüfən doldurulmuş silahdan atəş açıb.

Təcili yardım briqadası sol ayağından güllə yarası alan zərərçəkəni tibb mərkəzinə aparıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
53
interpress.az

1Mənbələr