AZ

ABŞ: 155-dən çox İran gəmisinə zərər vurulub və ya məhv edilib

Bakı, 7 aprel, AZƏRTAC

İrana qarşı hərbi əməliyyatın başlanmasından bəri ABŞ İslam Respublikasının 155-dən çox gəmisinə zərər vurub və ya onları məhv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatında bildirilib.

Komandanlığın açıqlamasına görə, 6 aprel tarixinə olan məlumata əsasən, 155-dən çox İran gəmisi “məhv edilib və ya zədələnib”. Bundan əlavə, CENTCOM iddia edir ki, ABŞ ordusu “Epik Qəzəb” əməliyyatı zamanı 13 mindən çox hədəfə zərbə endirib.

Seçilən
65
2
azertag.az

3Mənbələr