AZ

Rumıniyada dövlət investisiyalarında rekord artım qeydə alınıb

Bakı. Trend:

Rumıniya Avropa İttifaqında dövlət investisiyalarının ən sürətləartdığı ölkələrdən biri hesab olunur.

Trend xəbər verir ki, bubarədə Avropa Mərkəzi Bankı tərəfindən yayımlanan təhlildə qeydolunur.

Məlumata görə, son illərdə Rumıniyada dövlət investisiyalarınınhəcmi rekord səviyyəyə çatıb və 2025-ci ildə bu göstərici təxminənÜDM-in 7,2 faizi səviyyəsində olub. Bu isə Avropa İttifaqı üzrəorta göstəricidən xeyli yüksəkdir.

Araşdırmada bildirilir ki, dövlət investisiyalarının artımıəsasən Avropa fondları hesabına maliyyələşdirilən layihələr iləbağlıdır. Statistikaya görə, Rumıniyada dövlət investisiyalarınıntəxminən 56 faizi Avropa İttifaqı fondları vasitəsiləmaliyyələşdirilir.

Hesabata əsasən, 2019-cu ildən bəri dövlət investisiyalarında ənböyük artım Rumıniya, Latviya və Yunanıstanda qeydə alınıb.Ümumilikdə Avropa İttifaqında dövlət investisiyalarının səviyyəsi2019-cu ildə ÜDM-in 3,1 faizindən 2025-ci ildə təxminən 3,8 faizinəyüksəlib.

Analitiklərin fikrincə, dövlət investisiyaları uzunmüddətliiqtisadi inkişaf üçün əsas amillərdən biri hesab olunur. Buvəsaitlər əsasən infrastruktur, nəqliyyat və digər stratejisahələrə yönəldilir.

Eyni zamanda qeyd olunur ki, yüksək investisiya səviyyəsiRumıniyanın Qərbi Avropa ölkələri ilə iqtisadi fərqi azaltmaq üçünmühüm rol oynayır. Bununla yanaşı, ölkədə yüksək büdcə kəsirifonunda bu investisiya siyasətinin fiskal baxımdan əlavə təzyiqyarada biləcəyi də vurğulanır.

Seçilən
18
1
az.trend.az

4Mənbələr