AZ

Çexiyada dizelin qiyməti son dörd ildə ən yüksək həddi keçib

Çexiyada dizel yanacağının qiyməti son dörd ildə ən yüksək həddi keçib.

"Report"un məlumatına görə, bu barədə CTK agentliyi xəbər verib.

Ölkə üzrə yanacaqdoldurma məntəqələrində bir litr dizel yanacağının orta qiyməti 48,39 krondur (2 avrodan bir qədər az). Benzin də qiymətləri son 3,5 ilin ən yüksək həddini keçib, "Natural" 95 markalı benzininin bir litri orta hesabla 41,63 krona (təxminən 1,7 avro) satılır.

Çexiya hakimiyyəti yanacağın qiymətlərinin artmasının qarşısını almaq üçün pərakəndə satış şirkətlərinin mənfəət həddini məhdudlaşdırmaq və dizel yanacağına aksiz vergisini azaltmaq qərarına gəlib. Bundan əlavə, respublikanın Maliyyə Nazirliyi ölkə üzrə yanacaqdoldurma məntəqələrində gündəlik maksimum yanacaq qiymətlərini müəyyən edəcək.

Seçilən
42
3
far.az

4Mənbələr