AZ

Lukaşenko Ermənistanla bağlı xəbərdarlıq etdi:KTMT KORREKT OLMALIDIR

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla qarşılıqlı əlaqələrdə korrekt yanaşmaya riayət etməlidir.

 

BelTA xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Baş katibi Talatbek Masadikovla görüşündə bildirib.

 

Onun sözlərinə görə, KTMT-nin əsas problemli məsələlərindən biri iştirakçı ölkələrin Ermənistanla qarşılıqlı münasibətləridir.

 

"Ermənistanla işdə daha korrekt və diqqətli olmalıyıq. Bilirsiniz ki, Ermənistan sanki KTMT-dəki işi dəstəkləmir, lakin eyni zamanda təşkilatda qalır. Çox korrekt olmaq lazımdır. Ermənistanda bu baxımdan vəziyyət mürəkkəbdir, xüsusən də seçki dövründə (yayda parlament seçkiləri keçirilməlidir. - red.). Heç də asan vəziyyət deyil. Buna görə də biz Ermənistanla münasibətlərdə çox diqqətli və ehtiyatlı olmalıyıq", - o bildirib.

 

Belarus Prezidenti KTMT-nin Baş katibi və Ermənistan rəhbərliyi səviyyəsində görüşün təşkil edilməsinin zəruriliyini qeyd edərək, 

həmçinin Ermənistan tərəfinin mövqeyini dinləməyə çağırıb.

 

"Xüsusilə də indi, Ermənistan rəhbərliyinin vəziyyət, o cümlədən KTMT xətti barədə dürüst və açıq danışacağı bu kəskin seçki dövründə", - deyə Belarus rəhbəri bildirib.


Seçilən
40
1
senzor.az

2Mənbələr