AZ

Arıqlamaq istəyirsinizsə, süd için

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Artıq çəki ilə mübarizədə sərt pəhrizlər əvəzinə rasiona müəyyən qidaların əlavə edilməsi daha effektiv nəticə verə bilər. İtaliyanın Siena Universitetinin ekspertləri kalsium və süd məhsullarının metabolik sindrom riskini əhəmiyyətli dərəcədə azaltdığını müəyyən ediblər.Demokrat.az xəbər verir ki, metabolik sindrom piylənmə, yüksək təzyiq və maddələr mübadiləsinin pozulması ilə müşayiət olunan ciddi sağlamlıq problemidir. Alimlər 24 fərqli elmi işin nəticələrini təhlil edərək maraqlı faktlar üzə çıxarıblar. Tədqiqat çərçivəsində rasionunda kalsiumla zəngin qidalar və süd məhsulları üstünlük təşkil edən könüllülərlə bu məhsullardan qaçan şəxslərin göstəriciləri müqayisə edilib.Məlum olub ki, kalsium qəbulunu artıran insanlarda metabolik sindrom riski 15 faiz, süd məhsullarından müntəzəm istifadə edənlərdə isə 22 faiz azalır. Bununla yanaşı, belə qidalanma tərzi qan təzyiqinin normallaşmasına, şəkərin stabilləşməsinə və orqanizmdəki yağ profilinin yaxşılaşmasına müsbət təsir göstərir.Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr birbaşa müalicə metodu kimi qəbul edilməsə də, düzgün metabolizm üçün kalsiumun rolu əvəzsizdir. "Nutrients" jurnalında dərc olunan bu elmi yenilik sağlam çəki saxlamaq istəyənlər üçün faydalı istiqamət hesab olunur.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
demokrat.az

1Mənbələr