AZ

Oğuzda DƏHŞƏTLİ HADİSƏ: Toydan qayıdan ata və qızı xəstəxanalıq oldu

Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb.

“Yeni Sabah” "Report"a istinadla bildirir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.

Rayonun Böyük Söyüdlü kənd sakini, 1965-ci il təvəllüdlü Sirapil Yunisovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər; 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç və qızı, 2007-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Seçilən
10
5
yenisabah.az

10Mənbələr