AZ

ABŞ "görünməz silah"ları işə salır - İran üçün kritik an

İrana qarşı ABŞ-İsrail hücumlarının quru əməliyyatları fazasına keçməzdən öncə rəsmi Tehrana verilən vaxt sona çatarkən Birləşmiş Ştatlar Mərkəzi Komandanlığının bir qərarı diqqətçəkən gündəm mövzusu olub.

Hücum tandeminin cəbhədə artıq yeddi hava-döyüş vasitəsini itirməsi ilə bağlı xəbərlərin fonunda "Bloomberg" agentliyinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, ABŞ "stels" (radarlara düşməyən) xarakterli və uzaqmənzilli zərbə vasitələrindən olan AGM-158 JASSM-ER raketlərinin bütün ehtiyatlarını Yaxın Şərq istiqamətinə cəmləşdirməyə başlayıb.

Məlumata görə, raketlər Sakit okean regionundan çıxarılaraq ABŞ-nin Mərkəzi Komandanlığının məsuliyyət zonasına və Böyük Britaniyadakı bazalara yönləndirilib.

Mahiyyətcə strateji əhəmiyyət daşıyan bu qərar iki məntiqi sual yaradıb. Niyə indi və niyə məhz JASSM-ER raketləri?

Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışında bu və digər suallara aydınlıq gətirilib.

Seçilən
16
3
far.az

4Mənbələr