AZ

Avropa enerji böhranına hazırlaşır

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa ABŞ-İsrail müharibəsi və Hörmüz boğazının blokadası səbəbindən enerji böhranına və qiymətlərin artmasına hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə "El Pais" nəşri mənbələrə istinadən məlumat yayıb.

Belə ki, bütün neft və qaz tədarükünün 20%-nin keçdiyi logistika marşrutunun bağlanması, eləcə də Fars körfəzi ölkələrində enerji infrastrukturuna edilən hücumlar enerji bazarlarında qeyri-sabitliyə səbəb olur. Münaqişənin uzanacağı qorxusu fonunda Avropa Komissiyası müəyyən tədbirləri nəzərdən keçirir.

Məqalədə bildirilir ki, bu tədbirlərə qapalı məkanlarda temperaturun tənzimlənməsi, məsafədən işləməyin təşviq edilməsi və ya hətta yanacaq rasionunun və uçuş məhdudiyyətlərinin tətbiqi təşəbbüsləri daxildir. 2022-ci ildə qazla bağlı olduğu kimi, qiymət məhdudiyyətləri və ya birgə alışların bərpası da tətbiq oluna bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
axar.az

1Mənbələr