AZ

ABŞ və İsrailin İrana qarşı apardığı əməliyyatlar vacib mərhələdə

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-İsrail tandeminin İrana qarşı apardığı əməliyyatlar kritik mərhələdədir.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Trampın İrana son 24 saatlıq möhləti çərçivəsində Vaşinqtonla Tehran arasında 45 günlük atəşkəsin ola biləcəyi ilə bağlı iddialar səslənməyə başlanıb. Bu məqamda hər kəsi bir sual düşündürür: rəsmi Tehran hansı güzəştlərə gedəcək və ya İranın tələbi nə olacaq?

Analitiklərin fikrincə, İran ABŞ ilə istənilən anlaşmada Pekinin zamin kimi çıxış etməsini vacib hesab edir.

Siyasi elmlər doktoru Rizvan Nəbiyev məsələni belə şərh edib: "İran müharibədə dəymiş zərərin kompensasiya olunmasını tələb edir. Bu kompensasiyanın təmin olunmasının ən real vasitələrindən biri Hörmüz boğazından keçid üzərində müəyyən tranzit tariflərin tətbiqi və oradan İranın büdcəsinə transferlərin olmasıdır".

Ehtimal edilir ki, 45 günlük atəşkəs elan edilərsə, bu mərhələdə danışıqlar başlaya bilər. İran beş il ərzində zənginləşdirməni 0 faizə endirir, daha sonra mülki nüvə ehtiyacları üçün uranı 2.5 faiz səviyyəsində saxlayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
baku.ws

1Mənbələr