AZ

İlahiyyatçı: “Kişinin dar paltar geyinməsi tövsiyə edilmir”

Dində ayaq üstdə su içməyin haram olub-olmaması məsələsi tez-tez müzakirə olunur. Bəziləri bunu qadağa kimi təqdim etsə də, digərləri isə sadəcə sağlamlıq üçün düzgün olmadığını bildirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhmədlinin sözlərinə görə, suyun hər hansı formada içilməsi haram ola bilməz: “Məkruh, müstəhəb ola bilər, ancaq haram ola bilməz. İslam mətnlərində suyun axşam vaxtı ayaq üstə içilməsi məkruhdur. Gündüz də bu formada içilməsi məsləhət deyil. Məkruh haram demək deyil. Haram qadağa mənasını daşıyır ki, qiyamət günündə bunun cəzası da var. Amma məkruhun cəzası yoxdur. Məsələn, kişinin dar paltar geyinməsi məkruhdur, yəni bəyənilmir. Bunu etsə, haram deyil, ancaq etməzsə, yaxşıdır. Gecələr qəbiristanlıqda yatmaq məkruhdur. Bunu insan etsə, haram deyil, cəzası yoxdur, lakin etməməyi məsləhətdir. Yeməyi, çayı qaynar qəbul etmək məkruhdur, tövsiyə edilmir. İnsana zərər olduğu üçün Allah məkruh bilib. Amma oturaraq suyun içilməsi müstəhəbdir, savabdır. Kimsə buna riayət etmirsə, ona qətiyyən haram damğası vurmaq olmaz”.

 

Şəhanə Quliyeva

Tarix: 7 Aprel 2026, 09:29   
Seçilən
14
2
pravda.az

3Mənbələr