AZ

Manatın dövretməsi niyə zəifləyib?

“Bu il martın 1-nə manatın dövretmə sürəti 2,83 olub. Bu o deməkdir ki, eyni 1 manat il ərzində cəmi 2,8 dəfə iqtisadi əməliyyatlarda istifadə olunur. Müqayisə üçün deyim ki, 2005-ci ildə bu rəqəm 15,7 idi”.

Bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib.

O, əlavə edib ki, 2015-ci ildə devalvasiya ərəfəsində isə 2,68-ə düşmüşdü:

“Yəni trend aydındır, hazırda pul daha yavaş hərəkət edir. Bu o deməkdir ki, insanlar və bizneslər daha çox gözləyir, daha az xərcləyir. Pul iqtisadiyyatda dövr etməkdənsə, dayanır və gözləyir? Dayanıb gözləmə.səbəbləri isə çoxdur.

Əlqərəz, pulun dövretmə sürətinin azalması iqtisadi aktivliyin ritmini göstərən göstəricidir. Pul nə qədər tez hərəkət edirsə, iqtisadiyyat da o qədər canlanır.Pul yavaşlayanda isə iqtisadiyyatın nəfəsi də zəifləyir”.

News365.az

Seçilən
12
news365.az

1Mənbələr