Çeçenistan Respublikasının Ali Məhkəməsi Rusiyada İçkeriya Çeçenistan Respublikasının fəaliyyətini qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yayıb. Qadağan olunmuş təşkilatın 14 Avropa ölkəsində 29 bölməsi fəaliyyət göstərir. FSB-nin məlumatına görə qruplaşmanın üzvləri Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edir və həmçinin Kursk və Belqorod vilayətlərində təxribat və terror hücumlarında iştirak ediblər.
FSB vurğulayıb ki, bu təşkilatının fəaliyyətində iştirak edən bütün şəxslər və ona kömək edənlər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaqlar.
Müəllif: Tural