Bakı.Trend:
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən tikiş sexindəyanğın baş verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumatverilib.
Bildirilir ki, Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi250 m² olan birmərtəbəli tikiş sexinin içərisində parçamaterialları 120 m² sahədə və dam örtüyünün taxta atmaları 200 m²sahədə yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.