AZ

İran AES dən çıxarılan rusiyalılar İrəvan üzərindən Moskvaya uçdu

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İranın Buşehr Atom Elektrik Stansiyasından təxliyə olunan 175 rusiyalı işçi İrəvandan Moskvaya xüsusi reyslə yola düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb.

Diplomatik nümayəndəlikdən bildirilib ki, aprelin 6-da Buşehr Atom Elektrik Stansiyasının təxliyə edilən işçilərindən ibarət daha bir qrup İrandan Nurduz-Aqarak sərhəd keçid məntəqəsi vasitəsilə Ermənistana daxil olub və onların tərkibində olan 175 Rusiya vətəndaşı xüsusi reyslə Yerevandan Moskvaya göndərilib.

Səfirlik həmçinin Rosatom Dövlət Korporasiyası əməkdaşlarının operativ qeydiyyatına və göstərilən diqqətə görə Ermənistan hakimiyyətinə təşəkkürünü ifadə edib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
redaktor.az

3Mənbələr