AZ

Çempionlar Liqası: 1/4 final başlayır

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə azarkeşləri 2 qarşılaşma gözləyir.

Gecənin maraqla gözlənilən matçı Madriddə baş tutacaq. Avropa nəhənglərinin mübarizəsində "Real" doğma meydanda "Bayern"i qəbul edəcək.

Turnirin favoritlərindən sayılan "Arsenal" isə Portuqaliyaya səfər edəcək. İngiltərə təmsilçisi Lissabonda "Sportinq"in qonağı olacaq.

Mərhələnin digər 2 qarşılaşması - "Barselona" - "Atletiko" və PSJ - "Liverpul" görşüləri sabah keçiriləcək.

Seçilən
4
publika.az

1Mənbələr