Artemis II missiyası insanların Yer kürəsindən qət etdiyi ən uzaq məsafə rekordunu qırıb.
Milli.Az xəbər verir ki, bu rekord əvvəllər 1970-ci ildə Apollo 13 missiyası tərəfindən qoyulmuşdu.
Apollonun rekordu Yerdən 400.000 kilometr məsafədə olub. Artemis II bu mərhələni ABŞ vaxtı ilə saat 13:56-da (Bakı vaxtı ilə saat 21:56) keçib.
"Artemis II"nin "Apollo 13"dən 6500 kilometr daha uzağa gedəcəyi gözlənilir.
Qeyd edək ki, "Artemis II" NASA-nın 1972-ci ildən bəri Aya yönəlmiş ilk insanlı missiyası kimi qiymətləndirilir. Missiya 1 aprel tarixində start götürüb.
Floridadakı Kennedi Kosmik Mərkəzindən buraxılan raket vasitəsilə həyata keçirilən uçuş zamanı "Orion" kosmik gəmisi uğurla orbitə çıxarılıb. Təxminən 10 gün davam edəcək missiya çərçivəsində astronavtlar Ayın orbitinə yaxın məsafədə uçuş həyata keçirirlər.
Missiyada NASA astronavtları Rid Vayzman, Viktor Qlover, Kristina Kox və Ceremi Hansen iştirak edirlər.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)