AZ

“Zirə”nin legioneri Xorvatiya klubunun transfer HƏDƏFİNDƏ

"Zirə"nin müdafiəçisi Anje Mutsinzinin xidmətində maraqlı olan klublar var.

Bizim.Media xəbər verir ki, 28 yaşlı futbolçu Xorvatiyanın “Varajdin” klubu ruandalı futbolçunu yaxından izləyir.

Onun karyerasını bu ölkədə davam etdirib-etdirməyəcəyi hələ ki dəqiq deyil. Amma xorvatlar mövsümün sonunda onun transferi və ya icarəyə götürülməsi üçün cəhd göstərəcək.

Qeyd edək ki, Mutsinzinin “Zirə” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 2024-cü ilin avqust ayında Norveçin “Jerv” klubundan “Zirə”yə keçib. Buna qədər isə Anj “Muhanqa”, “Rayon Sports”, APR(hamısı Ruanda), “Trofense”(Portuqaliya) klublarında çıxış edib.

Bizim.Media

Seçilən
1
3
bizim.media

4Mənbələr