Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"İranın yeni Ali Lideri Müctəba Xamenei huşsuz vəziyyətdədir və Qum şəhərində ciddi problemlə əlaqədar müalicə alır, ölkəni idarə edə bilmir".
BAKU.WS xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
ABŞ-İsrail kəşfiyyatına əsaslanan və Körfəz müttəfiqləri ilə paylaşılan diplomatik memorandumda deyilir:
"Müctəba Xamenei Qumda ağır vəziyyətdə müalicə olunur və rejimin heç bir qərar qəbul etməsində iştirak edə bilmir".
Bu, müharibənin başlanğıcından bəri, 28 fevral hücumlarında yaralandığı güman edilən Xamaneyinin yerini ictimaiyyətə açıqlayan ilk xəbərdir.
Sənəddə həmçinin atası və keçmiş ali lider Əli Xameneyinin öldürülməsindən sonra Qumda dəfn edilməsi üçün hazırlıqların aparıldığı da açıqlanır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.