AZ

SON DƏQİQƏ: Körpünü partlatdılar – Alov hər yeri bürüyüb, ölənlər var – VİDEO

Panama kanalını keçən körpünün altında üç yanacaq daşıyan avtomobilin iştirakı ilə partlayış və güclü yanğın baş verib.

KONKRET.az xəbər verir ki, hadisə körpünün altında yerləşən tankerdə başlayan yanğınla müşayiət olunub. Daha sonra partlayış baş verib və alov yaxınlıqdakı yanacaq daşıyan avtomobillərə keçib.

Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılardan ikisi xəstəxanaya yerləşdirilib. Daha bir nəfərin taleyi ilə bağlı məlumat yoxdur.

Qəza səbəbindən körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
33
1
konkret.az

2Mənbələr