Yaxın Şərqdə gərginlik artmaqda davam edir.
Doğru.az xəbər verir ki, Tasnim News Agencynin məlumatına görə, İran Cubeyl şəhərində yerləşən neft-kimya kompleksinə hücum edib və enerji obyektlərində yanğın baş verib.
Bildirilib ki, kompleks ildə 60 milyon ton neft istehsal edir və bu göstərici dünya neft-kimya istehsalının ümumi həcminin 6–8 faizini təşkil edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla atəşkəs müzakirələrindən imtina etdiyini, lakin razılaşmaya hazır olduğunu bildirmişdi.
DOĞRU.AZ