AZ

Britaniya İran elektrik stansiyalarına zərbələrdə hava bazalarından istifadəyə icazə verməyəcək

Böyük Britaniya ABŞ-a öz bazalarından İran körpülərinə və ya elektrik stansiyalarına zərbə endirmək üçün istifadə etməyə icazə verməyəcək.

Musavat.com xəbər verir ki, məlumatı "iPaper" mənbələrə istinadən xəbər yayıb.

Mənbələr qeyd ediblər ki, bu cür zərbələr Böyük Britaniya baş naziri Keir Starmer tərəfindən müəyyən edilmiş Britaniya bazalarının istifadəsi şərtlərinə uyğun gəlmir.

Baş nazir əvvəllər bildirmişdi ki, London yalnız müttəfiqlərini və regiondakı öz maraqlarını qorumaq üçün İranın raket anbarlarına, Hörmüz boğazında gəmilərə atəş açmaq üçün istifadə edilən hədəflərə və ya qonşu ölkələrin infrastrukturuna zərbələr endirmək üçün belə hərbi əməkdaşlığa hazırdır.

Nəşr Vaşinqtonun hələlik belə bir tələb irəli sürmədiyini aydınlaşdırır.

"iPaper" həmçinin mülki şəxslərin istifadə etdiyi körpülərə və elektrik stansiyalarına zərbələrin müharibə cinayətləri hesab edilə biləcəyi barədə ekspert rəylərinə istinad edir.

Musavat.com

Seçilən
13
1
musavat.com

2Mənbələr