AZ

Tarixin ən sadiq futbolçuları: Siyahıda Tale Heydərovun sabiq müşaviri də var

BBC futbol tarixində karyerasını yalnız bir klubda keçirən ən böyük oyunçuların reytinqini tərtib edib.

Publika.az xəbər verir ki, reytinqin ilk pilləsində əfsanəvi yarımmüdafiəçi Françesko Totti qərarlaşıb. O, 16 yaşından 40 yaşına qədər "Roma"nın şərəfini qoruyub.

İkinci pillədə İtaliya futbolunun başqa bir əfsanəsi Paolo Maldini qərarlaşıb. Sabiq müdafiəçi 1984-2009-cu illərdə "Milan"da çıxış edib. Uels və İngiltərə futbolunun əfsanələrindən olan Rayan Giqqz isə "ilk üçlüy"ü tamamlayıb. O, 24 il "Mançester Yunayted"in formasını geyinib.

"Onluq"da Azərbaycan futboluna yaxşı tanış olan şəxs də var. Söhbət "Qəbələ"nin sabiq baş məşqçisi və bir müddət klubun sabiq prezidenti Tale Heydərovun müşaviri olan Toni Adamsdan gedir. "Arsenal"ın əfsanəvi kapitanı 19 il bu komandanın formasını geyinib.

Seçilən
21
publika.az

1Mənbələr