AZ

ABŞ Konqresi Pentaqon rəhbərini impiçment etməyə hazırlaşır

ABŞ Konqresi müharibə naziri Pit Heqseti impiçment etməyə hazırlaşır.

Missiya.Az xəbər verir ki, Arizona ştatından Konqres üzvü olan Yasmin Ənsari Pit Heqsetə qarşı impiçment maddələri təqdim etdiyini açıqlayıb.

Siyasətçi Pentaqon rəhbərininin impiçmenti üçün aşağıdakı nüansları səbəb gətirib:

“Onun İrana qarşı qanunsuz təcavüz müharibəsində iştirakı, ABŞ Konstitusiyasının kobud şəkildə pozulması, Amerika əsgərlərinin həyatına təhdidlər, mülki şəxslərə qarşı birbaşa müharibə cinayətləri, o cümlədən Minab qızlar məktəbinin bombalanması və mülki infrastruktura hədəflənmiş hücumlar”.

Ənsari qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp dağıdıcı, qanunsuz müharibəni qızışdırır, İranın mülki infrastrukturuna kütləvi müharibə cinayətləri və hücumlarla hədələyir və Pit Heqset də buna şərikdir.

"Mən artıq 25-ci Düzəlişi tətbiq etmişəm və Heqsetə qarşı impiçment maddələri təqdim edirəm", - deyə konqresmen əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
8
missiya.az

1Mənbələr