AZ

Xameneyinin son videosu süni intellektlə hazırlanıbmış

Britaniyanın “The Times” qəzeti İranın Ali Rəhbəri Müctəba Xameneyinin sağlamlıq vəziyyəti barədə yazıb.

Modern.az xəbər verir ki, qəzetin iddiasına görə, Müctəba Xameneinin son günlər bəzi İran teleqram kanallarında yayılan videogörüntüsü süni intellektin məhsuludur.

Qəzetin əldə etdiyi informasiyalar ABŞ və İsrail kəşfiyyatının məlumatlarına əsaslanır.

“The Times” iddia edir ki, Muctəba Xamenei şüurunu itirib və hətta koma vəziyyətindədir.  Onun hazırda İranın Qum şəhərindəki gizli xəstəxanalardan birində müalicə olunduğu qeyd edilir. Qum şəhəri İranın şiə dini mərkəzlərindən biridir.

Məlumatlarda qeyd olunur ki, Muctəba Xamneyi qərarvermə proseslərində iştirak edə bilmir və ictimai görünüşü son dərəcə məhduddur. Sosial mediada yayılan süni intellektlə hazırlanmış videolar onun fəaliyyətini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.

"Cebheinfo.az"

Seçilən
5
2
cebheinfo.az

3Mənbələr