AZ

Ekspert: Dolların məzənnəsi Azərbaycanda dəyişməyəcək

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,1 % artaraq 1,9615 manat, 100 Rusiya rublunun məzənnəsi 1,2 % artaraq 2,1523 manat təşkil edib.

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanda məzənnə inzibati xarakter daşıyır.

Dollar məzənnəsi dəyişmir və dəyişməyəcək də. Dolların digər valyutalara nisbətən məzənnəsi dəyişəndə manatın da həmin valyutalara nisbətən məzənnəsi dəyişir. Avro və dollar hansı istiqamətə hərəkət edirsə, manat da o istiqamətə yönəlir. Avro dollar qarşısında bahalaşırsa, manatla da bahalaşır, ucuzlaşırsa ucuzlaşır”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
azxeber.com

1Mənbələr